Yenə qədim Yunanıstan müharibə “tanrı”sı Kratosun əks olunduğu "God of War" seriyasından "Ragnarök PC" oyununun yeni versiyası bir neçə gün sonra "PlayStation"-da satışa çıxarılacaq. Gözlənildiyi kimi, yeni oyunun buraxılması ilə "Kratos"-un yer aldığı dünya miqyaslı böyük bir reklam kampaniyasına start verilib.
Hafta.az xəbər verir ki, Yunanıstanın "Greek City Times" nəşrinin yazdığına görə, gərgin Türkiyə-Yunan münasibətləri fonunda yunan “tanrı”sının obrazı Türkiyədə, xüsusən də İstanbulda sakinlərin qəzəbinə səbəb olub. Bir çox sərnişinlər İstanbul metrosunda müharibə "tanrısı"nın reklamını görəndə dəhşətə gəlib.
Ən böyük səs-küyü Milli Yaşam Hərəkatı konfederasiyasının sədri Murad Şahin İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu hədəf alarkən yaradıb.
“İddialar var ki, metroda Əkrəm İmamoğlunun çəkdirdiyi yunan “tanrı”sı Kratosun təsvirləri var. Allahım, İstanbulu qoru”, - deyə Şahin yazısına İstanbul metrosundan fotoları əlavə edib.