Yazını böyüt
Yazını kiçilt
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, “N.A.N.T” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18440 kiloqram qənnadı məmulatları “Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.