İsveç Gürcüstanla əməkdaşlığı dayandırır

18:29 29.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveç Gürcüstan hakimiyyəti ilə bütün birbaşa əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bunu Dagens Nyheter qəzetinə müsahibəsində İsveçin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dousa deyib.

“Söhbət həm də vergi orqanları arasında mövcud şəraitdə yersiz hesab etdiyimiz əməkdaşlıqdan gedir”, - nazir bildirib.
Əməkdaşlığın dayandırılmasına baxmayaraq, İsveç 2024-cü ilin sonuna kimi Gürcüstan vətəndaş cəmiyyətinə dəstək üçün 25 milyon kron (2 milyon avrodan çox) ayıracaq.