İsveçrə sakinləri ölkənin silahlarının Ukraynaya təkrar ixracını dəstəkləyib

17:25 01.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçrədə bütövlükdə üçüncü ölkələrə İsveçrə istehsalı olan silahların Ukraynaya verilməsinə icazə verilməsi təklifini müsbət qiymətləndirirlər. “Tamedia” və “20 Minuten”in keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 50%-i ölkənin silahlarının təkrar ixracına müsbət yanaşır, 46%-i isə bunun əleyhinədir, daha 4%-i isə bu məsələ ilə bağlı mövqeyə qərar verə bilməyib. Blick yazır.

Qeyd edildiyi kimi, nəticələr nəsillər arasında uçurumu göstərir, çünki gənclər yaşlı yaş qruplarına nisbətən açıq şəkildə daha çox şübhə ilə yanaşırlar. Belə ki, 18 yaşdan 34 yaşa qədər olan insanlar əsasən Ukraynaya silahların təkrar ixracının əleyhinədir - 58%, 65 yaşdan yuxarı respondentlər arasında isə təxminən 66% lehinədir.

Bununla yanaşı, respondentlərin 58%-i İsveçrənin Rusiyaya qarşı sanksiyaların tətbiqinə baxmayaraq neytral qaldığını, 68%-i isə bu konsepsiyanın gələcəyinin olduğunu düşünür. Bununla yanaşı, isveçrəlilərin 49%-i Ukraynanın bərpasının lehinə Rusiya aktivlərinin köçürülməsini dəstəkləyir, respondentlərin 46%-i isə belə addımların əleyhinədir.