İtaliyanın baş naziri Corc Meloni miqrant vəziyyəti ilə bağlı Fransanı xəyanətdə ittiham edib. Bu barədə “Politico Europe” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Fransa miqrantların yenidən bölüşdürülməsinə dair Avropa sazişi çərçivəsində İtaliyadan 3,5 min miqrant qəbul etmək planlarını dondurub və digər ölkələri ondan nümunə götürməyə dəvət edib.
Bundan əvvəl İtaliya qeyri-hökumət təşkilatı olan Ocean Viking gəmisinnə icazə verməkdən imtina etmişdi. Bundan sonra Fransanın daxili işlər naziri Cerald Darmanin miqrantların sərhədi keçməsinin qarşısını almaq üçün İtaliya ilə sərhədi gücləndirmək planlarını açıqlayıb.
Noyabrın 11-də Romada keçirdiyi mətbuat konfransında Meloni bildirib ki, Parisin İtaliyanı təcrid etmək tələbi "Avropa həmrəylik və bölünmə dinamikasına xəyanət edir".
Meloni həmçinin Fransa hökumətinin "anlaşılmaz və əsassız" olan "aqressiv reaksiyasından" heyrətləndiyini və İtaliyanın bu il Aralıq dənizindən 90 min miqrant qəbul etdiyini qeyd edib.
Baş nazirin sözlərinə görə, İtaliya Afrikadan gələn bütün miqrantlar üçün Avropa limanı ola bilməz. O, Avropa Dəniz Missiyasını Şimali Afrikadan çıxışı əngəlləməyə və miqrantları müəyyən etmək üçün məntəqələr açmağa çağırıb.