İtkin düşən 32 yaşlı qadın tapıldı

21:18 28.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə itkin düşən qadın tapılıb.

Hafta.az-ın məlumatına görə, hadisə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 27, mənzil 36-da baş verib.

Həmin evdə yaşayan, 1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də naməlum şəraitdə itkin düşüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadın tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.