İyulda Şahdağda qar örtüyünün əmələ gəlməsi ikinci dəfə qeydə alınır

13:10 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il iyulda Şahdağa qar yağması və qar örtüyünün əmələ gəlməsi hadisəsi ikinci dəfə qeydə alınır.

Bunu hafta.az-a müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, belə hadisə 2019-cu ilin iyul ayında da müşahidə olunub. "Üç il əvvəl iyulda da Şahdağda 1santimetr qar örtüyü əmələ gəlib. Bu il isə iyulda iki dəfə belə hal qeydə alınıb. Belə ki, iyulun 4-də və 23-də yüksək dağlıq ərazilərə qar yağması nəticəsində Şahdağda qar örtüyünün əmələ gəlməsi müşahidə olunub", - deyə o bildirib.