İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

15:58 05.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur. 

Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a verilən xəbərə görə, iyunun 4-ü baş vermiş CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.

Günəş küləyinin sürəti isə 465 km/san-yə kimi artıb.

Geomaqnit sahə sakit-aktiv fazalarda olub, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməyib. Hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).

Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir. 

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir. 

Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir. 

Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 05 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 06-07 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.