İzmirdəki zəlzələdən ölənlərin sayı 51 nəfərə çatıb

13:14 01.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Bu barədə hafta.az Türkiyə KİV-lərinə istinadən məlumat verib.

9 binanın dağıntıları altında axtarışlar aparılır.

Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub.