Jurnalistlər binasının komendantı həbs edilib

21:48 11.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

Hafta.az-ın məlumatına görə, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.