Jurnalistlərə COP29-la bağlı mediatur təşkil olunub

19:15 10.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub.

Bu barədə hafta.az-a AYNA-dan məlumat verilib.

Jurnalistlərə, AYNA-nın COP29 konfransına hazırlığı və rolu, eləcə də tədbir zamanı yarana biləcək halların operativ həlli, səmərəli məlumat mübadiləsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək Qərargahın yaradıldığı barədə məlumat verilib.