Kahının altından 500 min rubl rüşvət çıxdı

09:45 25.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada kahı ilə vergi işçilərinə rüşvət vermək istəyən mühasib tutulub. Bildirilir ki, Perm şəhərində fəaliyyət göstərən şirkətin baş mühasibi olan qadın FTB əməkdaşları tərəfindən yaxalanıb.

Hafta.az-ın yazdığına görə, hadisəni xəbər verən “Business FM” portalı kahı olan şəffaf çantada 500 min rubl tapıldığını yazıb.

FSB hadisənin görüntülərini də yayıb.

Rüşvət və korrupsiya Rusiyada ciddi problemdir. 2023-cü il Korrupsiya Qavrama İndeksinə görə, Rusiya 180 ölkə arasında 141-ci yerdədir.

Korrupsiyanın iqtisadi təsiri də kifayət qədər yüksəkdir. Rəsmi məlumatlara görə, korrupsiya Rusiyaya ÜDM-ə 7 faizədək ziyan vurur.