“Kamaz”la "ZİL" toqquşdu - Sürücü yanaraq öldü

13:10 15.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, mayın 14-də saat 19 radələrində rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib.

Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.