Kamran Əliyev Samuxda vətəndaşları qəbul edib

15:43 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 17-də Baş prokuror Kamran Əliyev Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl və Daşkəsən rayonundan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 26 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sosial rubrikasından digər xəbərlər