Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2026-cı ilin birinci yarımili ərzində fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Ədliyyə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, əməliyyat müşavirəsində ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, nizam-intizamın gücləndirilməsi, infrastrukturun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, o cümlədən rəqəmsal yanaşmaların və yeniliklərin tətbiqi istiqamətində müvafiq işlərin davam etdirildiyini vurğulayıb.
Daha sonra Penitensiar xidmətin rəis müavininin hesabat dövrünün yekunlarına dair məruzəsi və tabe qurum rəhbərlərinin çıxışları dinlənilib.
Müşavirənin sonunda ədliyyə naziri Fərid Əhmədovun qanunçuluğun möhkəmləndirilməsi, şəffaflığın artırılması, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.
Əməliyyat müşavirəsində Ədliyyə Nazirliyinin bir sıra struktur qurumlarının rəhbər şəxsləri də iştirak ediblər.
Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
16:52 17.07.2026
Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Sosial rubrikasından digər xəbərlər