Kanada SEPAH-ı terror təşkilatı elan edib

10:25 20.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanada İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Hafta.az-ın yazdığına görə, bu haqda Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan bildirib.

“Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib”, - Leblan bildirib.

Eyni zamanda, o, İran hakimiyyətini “terrorçuluğu dəstəkləməkdə” və “insan hüquqlarına mütəmadi olaraq məhəl qoymamaqda” ittihamlayıb.

May ayında Kanada parlamenti yekdilliklə İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilat kimi tanınmasına səs verib.

Xatırladaq ki, 2020-ci ilin yanvarında Tehranda İran raketi ilə vurulan təyyarənin qəzaya uğraması nəticəsində 85 Kanada vətəndaşı həlak olub. Qurbanların ailələri illərdir İslam İnqilabı Keşikçiləri Korpusunun Kanadada terrorçu təşkilatlar siyahısına salınmasını tələb edirlər.

Oxunma sayı 84