Kanadanın Ontario əyalətində bir müsəlman ailəsini qətlə yetirən kanadalı qatil qətlləri "bütün müsəlmanları öz təhlükəsizliklərindən qorxmaq üçün" törətməkdə günahlandırıb.
Hafta.az-ın yazdığına görə, prokurorluq qətldə şübhəli bilinən 22 yaşlı Nathaniel Veltmanın bu yolla bütün müsəlmanlara “vəhşi mesaj” göndərmək istədiyini bildirib və müttəhimin 4 birinci dərəcəli qətl, adam öldürməyə cəhd və terrorizm ittihamları üzrə cəzalandırılmasını tələb edib. .
Veltmanın ailəni inanclarına görə hədəf aldığı bildirilib.
6 iyun 2021-ci ildə baş verən hadisədə Veltman idarə etdiyi avtomobili axşam gəzintisinə çıxan Afzaal ailəsinin üzərinə sürüb.
Hadisə zamanı 46 yaşlı Salman Əfzaal, onun 74 yaşlı anası Tələt Əfzaal, 44 yaşlı həyat yoldaşı Madiha Salman və 15 yaşlı qızları Yumna Afzaal həyatını itirib. Digər 9 yaşlı uşaq isə ağır xəsarətlərlə xilas olub.
İttihamları qəbul etməyən Veltman psixi cəhətdən qeyri-sabit olduğunu bildirib.
Münsiflər heyəti ömürlük həbs cəzası gözlənilən Veltmanın günahkar olub-olmamasına, həmçinin Veltmanın hərəkətlərinin terror cinayəti sayıla biləcəyinə də qərar verəcək.
Məhkəmə prosesinin son günündə ittiham tərəfi münsiflər heyətinə bildirib ki, Veltman “ağların üstünlüyünü qoruyan” ideologiyalar tərəfindən motivasiya edilib və cinayətləri cəmiyyəti siyasi, dini və ya ideoloji cəhətdən sıxışdırmaq üçün törədib.
İclasda çıxış edən vəkil Fraser Ball, müttəhimin hücumdan əvvəl olduqca radikal fikirləri olduğunu və müsəlmanlara nifrət etdiyini bildirən bir not buraxdığını bildirib.
Veltmanın qətl törətməkdən daha böyük məqsədləri olduğunu iddia edən Ball, "Afzaallar sadəcə bir vasitə idi. Vəhşi mesajın daha böyük bir cəmiyyətə göndərilməsi nəzərdə tutulurdu" deyib.
13 nəfərlik münsiflər heyətinə müraciət edən müttəhimin vəkilləri bildiriblər ki, müvəkkilləri hadisə baş verən gün yüksək dozada halüsinogen göbələk qəbul edib və dəqiq düşünə bilmir.
Veltmanın depressiya, şəxsiyyət pozğunluğu və anksiyete pozğunluğu kimi pozğunluqları olduğunu bildirən vəkillər, müttəhimin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cəzalandırılmasını tələb ediblər.
Bu hadisə Kanadada "ağ üstünlüyü" ideologiyalarının terrorizmlə əlaqələndirildiyi ilk hadisə kimi qeydə alınıb.