Karantin qaydalarını pozan çay evi aşkarlanıb

14:58 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilmişdir.

Ümumilikdə bir neçə nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Oxunma sayı 18