Kavani DÇ-2022-də səhvə görə hakimi həbs etməyə çağırıb

21:06 11.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Uruqvay millisinin hücumçusu Edinson Kavani DÇ-2022-nin qrup mərhələsində Qana üzərində 2:0 hesablı qələbədən sonra VAR monitorunu vurduğuna görə cəzalandırıla biləcəyini deyib. Onun sözlərini El Pais yayıb.

“Əgər VAR monitorunu vurduğum üçün cəzalandırılsam, hakim bizi dünya çempionatının pley-off mərhələsindən məhrum etdiyinə görə həbs olunmalıdır. Bəli, davranışlarımıza görə cavabdeh olmalıyıq, lakin biz insanıq və bu, meydanda olur, çox çalışdığınız zaman və ehtirasla oynadığınız zaman belə vəziyyətlərlə qarşılaşmalısınız”, - Kavani bildirib.

Hücumçu komandasının Qətərdə keçirilən turnirin pley-off mərhələsinə yüksəlmədiyini öyrəndikdən sonra qəzəblə VAR monitorunu yıxıb.

Uruqvaylılar Qətərdə 2:0 hesabı ilə qalib gəlsələr də, son dörd dünya çempionatında ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməyiblər. Uruqvay yığması Cənubi Koreya yığması kimi 4 xal toplasa da, vurulan və buraxılan qolların ən pisinə görə 1/8 finala vəsiqəsiz qalıb.