Keçmiş məhkum bu dəfə "patı"ya görə qandallandı

16:09 10.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Oxunma sayı 30