Keçmiş məhkumdan heroin aşkarlanıb

11:36 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əlövsət Abbasov saxlanılıb.

Hafta.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 50 metr naqili oğurlaması da müəyyən olunub.