Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğlu müəyyən olunaraq saxlanılıb.
Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
***
Oktyabrın 24-də 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Nəsimi Rayon Prokurorluğundan hafta.az-a bildirilib ki, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.