Keçmiş millət vəkili həbs edildi

09:50 02.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə keçmiş HDP İstanbul millət vəkili Huda Kaya 6-8 oktyabr 2014-cü il tarixlərində Kobani bəhanəsi ilə təşkil edilən etiraz aksiyaları müstəvisində aparılan istintaq çərçivəsində həbs edilib.

Hafta.az-ın yazdığına görə, Ankara Baş Prokurorluğunun 6-8 oktyabr 2014-cü il tarixlərində Kobani bəhanəsi ilə keçirilən etiraz aksiyaları ilə bağlı apardığı istintaqda Kaya barəsində çıxarılan “həbs qərarı” əsasında İstanbul Hava Limanında saxlanılıb.

Səhhəti yoxlanıldıqdan sonra ədliyyəyə gətirilən Kaya, Səs və Video Məlumat Sistemi vasitəsilə sorğu-sual olunduqdan sonra həbs tələbi ilə çıxarıldığı Ankara Sülh Cəza Məhkəməsində həbs edilib.