Kəlbəcərdə qəza - sürücü öldü

11:50 14.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə noyabrın 14-də rayonun Yanşaq kəndində baş verib. Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.