“Kəpəz” Antalyada 3 yoxlama görüşü keçirəcək

22:16 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz” futbol klubunun yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

Hafta.az kluba istinadla xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə Gəncə təmsilçisi Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcək. Baş məşqçi Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq. Ayın 18-də oynanılacaq sonuncu matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.