“Kəpəz”in yeni baş məşqçisi rəsmiləşdi

22:20 04.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kəpəz"ə yeni baş məşqçi təyin edilib.

Hafta.az xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Bu gün Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla 1 illik müqavilə imzalanıb.

Tərlan Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.

Xatırladaq ki, T.Əhmədovun son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı") olub.