Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb

12:12 27.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-noyabr aylarında 16,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Hafta.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 96,7 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 70,1 milyon dollar olmaqla 13,4 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.