İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Kərkük valisi seçkiləri ilə bağlı böhranı həll etmək üçün hərəkətə keçib. Böhran Kərkükdə Məsud Bərzaninin partiyası olan Kürdüstan Demokratik Partiyasının (KDP) qərargahına yüngül silahlarla hücumla eyni vaxtda başlayıb, heç bir can itkisi və yaralanma olub.
Hafta.az-ın yazdığına görə, KDP-nin Kərkük sözçüsü Mervan Cəlal verdiyi açıqlamada KDP-nin Kərkükdə idarəetmə səviyyəsini formalaşdırmaq üçün insanları bir araya gətirmək rolu çərçivəsində siyasi mesaj daşıyan hücumla bağlı məlumatların olduğunu bildirib.
Hücum Bərzaninin "yerli hökumət dilemmasını həll etmək üçün ərəb və türkmənlərlə danışıqlara rəhbərlik etməsi" xəbərindən sonra baş verib. Bir kürd rəsmi bu xəbərləri təkzib edərək Bərzaninin hazırda xaricdə olduğunu bildirib.
Hücumdan sonra baş nazir Məhəmməd Şia əl-Sudani Kərkükdəki siyasi qüvvələri “Kərkük xalqının istəklərini yerinə yetirəcək bir valinin seçilməsi ilə bağlı razılığa gəlməyə” çağırıb. Sudani türkmənləri təmsil edən millət vəkillərindən ibarət Türkmən heyəti ilə görüşündə “seçkilərdə qalib gələn güclər arasında əldə olunacaq bütün razılaşmalarda Kərkük xalqının maraqlarının ön planda tutulmasının vacibliyinə” diqqət çəkib.