Kərkükdə İŞİD-in hücumu nəticəsində bir əsgər öldü

09:04 17.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təhlükəsizlik mənbələri ötən gün axşam saatlarında İraq ordusunun Kərkükdəki məntəqəsinə İŞİD-in həyata keçirdiyi hücumda bir əsgərin şəhid olduğunu, ikisinin isə yaralandığını açıqlayıb.

Hafta.az-ın DPA-ya istinadən yazdığına görə, İŞİD ünsürləri İraq ordusunun Dibs rayonunun Alla Mahmud kəndindəki təhlükəsizlik məntəqəsinə hücum edib.

Mənbələr bildirir ki, ordu qüvvələri dərhal hücum edənləri ələ keçirmək üçün əməliyyata başlayıb və iki tərəf arasında qarşıdurma yaranıb.

Oxunma sayı 188