“Kəşmirin işğalı müstəmləkəçiliyin ən pis təzahürüdür” – Səfir Munir Əkrəm

11:18 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Cammu və Kəşmiri işğalını “müasir müstəmləkəçiliyin ən pis təzahürü” kimi xarakterizə edən Pakistan BMT-ni Təhlükəsizlik Şurasının qətnamələrinə və kəşmirlilərin istəklərinə uyğun onillərdir davam edən Kəşmir münaqişəsinin sülh yolu ilə həllinə təkan verməyə çağırıb.

Hafta.az-ın dunyonews.tv-yə istinadən yazdığına görə, 1946-cı ildən bəri 80 keçmiş müstəmləkənin müstəqillik qazandığını qeyd edən səfir Munir Əkrəm Baş Assambleyanın Xüsusi Siyasi və Dekolonizasiya (4-cü) Komitəsində hələ də öz müqəddəratını təyinetmə hüququndan məhrum olan xalqların varlığını xatırladıb və bunlardan ən böyüklərinin Cammu və Kəşmirlə Fələstin olduğunu deyib.

Pakistan nümayəndəsi bildirib ki, Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququ BMT Təhlükəsizlik Şurasının 47 saylı qətnaməsində və bir neçə sonrakı sənədində açıq şəkildə tanınıb. Bu qətnamələrin həm Hindistan, həm də Pakistan tərəfindən qəbul edildiyini deyən səfir, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, hər iki tərəfin bu qətnamələri yerinə yetirməyə borclu olduğunu xatırladıb.

Səfir Əkrəm onu da bildirib ki, Yaxın Şərqdə davamlı sülhə yalnız ikidövlətli həll yolu, 1967-ci ildən əvvəlki sərhədləri və paytaxtı Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması yolu ilə nail olmaq olar.

Kəşmirlə bağlı Pakistan nümayəndəsi deyib ki, Hindistan 75 il ərzində güc və saxtakarlıq yolu ilə BMT qətnamələrini yerinə yetirməkdən yayınıb və 1989-cu ildən bu yana qəddar repressiya kampaniyası nəticəsində 100 min kəşmirli öldürülüb.

Onun sözlərinə görə, 5 avqust 2019-cu ildən bəri Hindistan liderlərinin “Son həll yolu” adlandırdığı Kəşmiri ilhaq etmək üçün “birtərəfli və qeyri-qanuni addımlar” atıb. “Təhlükəsizlik Şurasının 122 (1957) saylı qətnaməsi nəzərdə tutur ki, “bütün dövlətin və ya onun hər hansı bir hissəsinin gələcək formasını və mənsubiyyətini müəyyən etmək üçün” birtərəfli tədbirlər dövlətin sərəncamını təşkil etməyəcək”, - deyə səfir Əkrəm əlavə edib. Hindistanın 5 avqust 2019-cu il tarixində və ondan sonra atdığı birtərəfli hərəkətlər təkcə qeyri-qanuni deyil, həm də ipso-fakto etibarsızdır.

“Kəşmir bu gün dünyanın elə ibir şğal olunmuş yeridir ki, orada saxta görüşlər və qondarma “kordon və axtarış” əməliyyatları ilə mühakimə olmadan qətllər törətmiş 900 mindən çox Hindistan əsgəri yerləşdirilib. Məhz həmin əsgərlər 13 min kəşmirli gənc oğlanın oğurlanması və yoxa çıxarılmasında, kollektiv cəzaların verilməsində, bütöv kəndləri və şəhər məhəllələrini yandıraraq dağıtmaqda birbaşa iştirak edirlər”, - səfir Əkrəm deyib.

“Klassik köçkün-müstəmləkə layihəsində Hindistan işğal olunmuş Kəşmiri assimilyasiya yolu ilə müsəlmanların çoxluq təşkil etdiyi bir dövlətdən hinduların çoxluq təşkil etdiyi əraziyə çevirməyə çalışır” deyən Pakistan nümayəndəsi, hindulara 3,4 milyondan çox saxta yaşayış şəhadətnaməsi verildiyini vurğulayıb.

“Kəşmirlilərin torpaqları və mülkləri də hərbi və rəsmi məqsədlər üçün müsadirə olunur”, - o, komitəyə bildirib. Onun sözlərinə görə, Hindistanın qəddar kampaniyası, hinduların dini və etnik üstünlüyünü və müsəlmanlara qarşı nifrətini təsdiqləyən "Hindutva" ideologiyası ilə doludur.

Səfir Əkrəm Cammu və Kəşmir mübahisəsinin həllinin Cənubi Asiyada davamlı sülhə nail olmaq üçün vacib olduğunu vurğulayaraq, onun həlli istiqamətində dialoqa şərait yaratmaq vəzifəsinin Hindistanın üzərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, bu məqsədlə Hindistan işğal olunmuş Cammu və Kəşmirdə insan haqları pozuntularını dayandırmalı, orada demoqrafik dəyişiklik prosesinə son qoymalı, 5 avqust 2019-cu il tarixində və ondan sonrakı dövrdə tətbiq edilmiş qeyri-qanuni və birtərəfli tədbirləri ləğv etməlidir.

“BMT və onun bütün üzvləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Kəşmir xalqının istəklərinə uyğun olaraq Cammu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini təşviq etmək üçün Nizamnaməyə borcludurlar”, - Pakistan elçisi yekunda deyib.

Siyasət rubrikasından digər xəbərlər