Kimlər miras qoyan ola bilər?

12:20 27.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mövcud qanunvericiliyə əsasən, bütün fiziki şəxslər miras qoyan ola bildiyi halda, dövlət və bələdiyyə orqanları miras qoyan ola bilməzlər. Yalnız hüquqi şəxsin fiziki şəxs olan təsisçisi öldükdə, ümumi mülkiyyətdən ona çatası pay vərəsəlik yolu ilə onun vərəsələrinə verilə bilər.

Qanun üzrə vərəsəlikdə fəaliyyət qabiliyyətindən asılı olmayaraq, istənilən fiziki şəxs miras qoyan ola bilər. Bununla yanaşı, vəsiyyət üzrə vərəsəlikdə yalnız vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs miras qoyan ola bilər.

Oxunma sayı 4167