Kişi arılardan qaçıb suya tullandı - BALIQLARA YEM OLDU

20:36 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliyada arı sürüsündən qaçmağa çalışan kişi suya atılıb və ac piranhalar tərəfindən yeyilib. Hafta.az xəbər verir ki, bu barədə LADbible məlumat yayıb.

30 yaşlı braziliyalı iki dostu ilə balıq tutarkən gözlənilmədən arı sürüsü onların üstünə düşüb. Əsəbiləşən arılardan qorunmaq üçün kişilər gölə tullanıblar. Təhlükə aradan qalxdıqdan sonra ikisi sahilə çıxıb, üçüncüsü isə gözdən itib.

İtkin düşəni axtarmaq üçün yanğınsöndürmə bölməsi çağırılıb və zabitlərdən biri gölə dalmağa hazırlaşsa da, ona vaxtında xəbərdarlıq edilib ki, su piranhalarla doludur. Nəticədə oktyabrın 30-dan 31-nə keçən həftə istirahət günü balıqçının meyiti sahildən dörd metr aralıda tapılıb. Braziliyalının bədəninin parçaları qoparılıb və üzünün sağ tərəfi yeyilib. Ehtimallara görə, o, ətyeyən piranhaların dişlərində ölüb.

Mərhumun meyiti yaxınlarına təhvil verilib.