Kişi cehiz üçün arvadının burnunu dişlədi

14:05 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanlı kişi ailəsindən cehiz almadığı üçün arvadını döyərək burnunu dişləyib. Bu barədə News9Live məlumat yayıb.

Hadisə Uttar Pradeş ştatının Bareli rayonundakı Maheşpur kəndində baş verib. Nəcmi adlı qız 2022-ci ildə Nazimlə ailə həyatı qurub. Cütlüyün indi beş aylıq bir oğlu var. Bütün bu müddət ərzində kişi və qohumları hindistanlı qadına sataşıb, onu evdən qovub və ondan cehiz kimi bir az da pul verməsini tələb ediblər.

Kənd ağsaqqalları məclisi qadını əri ilə barışdıra bilib. Lakin dekabrın 15-də Nazim yenidən Nəcmini döyüb, müqavimət göstərəndə isə onun burnunu dişləyərək zorakılıqla hədələyib.

Nəcmi hazırda xəstəxanadadır. O, ərinə və onun beş qohumuna qarşı ifadə yazıb. Nazim, anası Rehana və atası Məcid Hüseyn həbs edilib. İstintaq davam edir.