Kişi meyiti tapılıb

19:30 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonunda evdən 59 yaşlı kişi meyiti tapılıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Kukov Aleksandr Yevyenisin meyitini aidiyyəti üzrə təhvil veriblər.​