Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) əks-kəşfiyyatı Kiyevdə mayın 9-da baş verməli olan dörd terror aktının qarşısını alıb. Paytaxtda keçirilən çoxmərhələli xüsusi əməliyyat nəticəsində tanınmış ticarət şəbəkənin tikinti hipermarketlərində və kafelərdən birinin yaxınlığında partlayıcı qurğular quraşdıran Rusiya "QRU"-nun (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi) agentləri saxlanılıb.
Hafta.az xəbər verir ki, bu barədə “UNİAN” UTX-nin mətbuat mərkəzinə istinadla məlumat yayıb. Məlumata görə, əldəqayırma partlayıcı qurğular çay qablaşdırmasında gizlədilib. Onlar taymer, detonator və irimiqyaslı yanğınlara səbəb olmalı yandırıcı qarışığı olan plastik partlayıcıdan ibarət olub.
Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, partlayıcılar mülki əhaliyə maksimum zərər vurmaq üçün hipermarketlərdə alış-verişin pik saatlarında işə salınmalı idi. Bundan əlavə, belə yanğının tez söndürülməməsi üçün partlayıcını tez alışan materiallar arasında yerləşdirməyi planlaşdırıblar.
UTX-nin məlumatına görə, daha bir terror aktı məşhur Kiyev kafesinin yaxınlığında baş verməli idi. Rus agentləri yaxınlıqda dayanmış avtomobilə partlayıcı qurğu yerləşdirmək istəyiblər.
Ukrayna kəşfiyyat xidməti qeyd edib ki, “QRU” bu yolla Ukraynada vəziyyəti sabitləşdirmək, həmçinin onlar üçün rəmzi gün olan 9 mayda guy Kiyevdə “Rus dünyası"nın gəlişini gözləyən rusiya gizli təşkilatının mövcudluğu haqda siqnal göndərmək istəyib.
Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı müəyyən edib ki, Rusiya terror aktlarının kuratoru 92154 saylı hərbi hissədə xidmət edən "QRU" zabiti Yuri Sizov olub.
“O, ələ alınmış agentlərə şəxsən göstərişlər verib və hətta Moskva vilayətindəki eyni şəbəkənin mağazalarından birində partlayıcı qurğu quraşdırmaq üçün video-təlimatlar yazıb. UTX uzun müddət onun fəaliyyətini izləyib və addım-addım sənədləşdirib. Sizov həmçinin 2024-cü ilin fevralında Lvov vilayətində baş verməli olan təxribatın təşkilində məsuliyyət daşıyıb. Həmin vaxt UTX fəallıq göstərərək partlayışların qarşısını alıb”.
Qeyd olunur ki, hazırda bu şəbəkənin bütün zənciri ifşa edilib, o cümlədən kəşfiyyat və döyüş qrupları, Rusiya Federasiyası ərazisindən partlayıcı maddələr gətirən qaçaqmalçılar, habelə terror aktının birbaşa icraçıları: onlar üçüncü hipermarketdə partlayıcı qurğular quraşdırarkən cinayət başında yaxalanıblar.
İndi saxlanılan şəxslərə qarşı törətdikləri cinayətlərə uyğun olaraq də Ukrayna Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə cinayət işləri qaldırılıb: maddə. 111 (dövlətə xəyanət); maddə 113 (təxribat); maddə 258 (terror aktı). Onları ömürlük həbs gözləyir.