KKTC konsulu çıxışı zamanı huşunu itirdi - XƏSTƏXANAYA ÇATDIRILDI

10:45 15.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) 39-cu ildönümü üçün Türkiyənin Mersin şəhərində qeyd olunub.

Hafta.az-ın yazdığına görə, Cümhuriyyət Meydanında qeyd etmə mərasimi keçirilib. Amma tədbir başlayandan az sonra KKTC-nin Mersindəki Baş konsulu Zalihə Mendelinin bayram nitqi söyləyərkən qəfildən vəziyyəti pisləşib. Danışmaqda çətinlik çəkən Mendeli ətrafdakıların köməkliyi ilə tribunadan endirilib. Qısa müddətə huşunu itirən Mendeli dərhal xəstəxanaya aparılıb.

Siyasət rubrikasından digər xəbərlər