Cüdoçularımızın ilin ilk yarısında qazandıqları medal sayı

13:17 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçularının ilin ilk yarısında keçirilmiş beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı bəlli olub.

Hafta.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, milli komandanın üzvləri bu müddətdə 109 medal qazanıblar. Bunlardan 29-u qızıl, 29-u gümüş və 51-i isə bürünc mükafatdır.

Medallar böyüklər, gənclər, yeniyetmələr və qadınlar arasında keçirilən beynəlxalq turnirlərdə əldə olunub.