Sebastyan Minye istefaya göndərildi

14:00 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Haiti milli komandasının baş məşqçisi Sebastyan Minye istefaya göndərilib.

Hafta.az Haiti Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssisin qovulmasına yığmanın dünya çempionatında uğursuz çıxışı xəbəb olub.

Haiti seçməsi qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb. Komanda Şotlandiyaya 0:1, Braziliyaya 0:3, Mərakeşə isə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Sebastyan Minye Konqo, Keniya və Ekvatorial Qvineya milli komandalarının baş məşqçisi vəzifəsində də çalışıb.