Kobani davası yekunlaşdı: Səlahəddin Dəmirtaş 42 il iş aldı

09:13 17.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, eləcə də MYK üzvlərinin də aralarında olduğu 108 nəfərin mühakimə edildiyi Kobani davasında hökm elan edilib. HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş 42 il, Figen Yüksəkdağ isə 30 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Gültan Kışanak, Sabahat Tuncel və Ayla Akat Atanın həbs müddətləri nəzərə alınaraq azadlığa buraxılması barədə qərar çıxarılıb. Sırrı Süreyya Öndərə bəraət hökmü çıxarılıb.

Hafta.az-ın yazdığına görə, hökm elan olunarkən müdafiəçilər etiraz əlaməti olaraq masaları döyərək, alqışlarla zalı tərk ediblər.

İclasda elan edilən hökmlərdən bəziləri belədir: “Mardin Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Türk “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib”.

Gültan Kışanakın "dövlətin birliyini və bütövlüyünü pozmaq" ittihamı ilə bəraət hökmü çıxarılıb. O, “terror təşkilatına üzv olmaq” ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəza yarıdan artırılaraq 12 ilə qaldırılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Səbahat Tuncelə "terror təşkilatına üzv olmaq" ittihamı ilə 12 il həbs cəzası verilib. Tuncelin həbsdə qaldığı müddət nəzərə alınaraq, onun məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verilib.

Keçmiş HDP-li millət vəkilləri Aysel Tuğluk, Altan Tan, Ayhan Bilgən və digər təqsirləndirilənlər Berfin Özgü Kösə, Bircan Yorulmaz, Can Məmiş, Əminə Bəyza Üstün bəraət alıb.

Keçmiş HDP millət vəkili Ayla Akat Ata “silahlı terror təşkilatına üzv olmaq” cinayətindən 9 il 9 ay, Əminə Ayna isə eyni cinayətə görə 10 il, partiyanın keçmiş baş naziri üzvləri Ayşə Yağcı və Aynur Aşan hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Ayla Akat Ata və Ayşe Yağcının azadlığa buraxılmasına qərar verilib.

Oxunma sayı 190