KOBİA sədri ilə Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini görüşüb

13:15 05.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin sənaye və texnologiya nazirinin müavini Çətin Əli Dönməz və Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt ilə görüşüb.

KOBİA-dan hafta.az-a bildirilib ki, Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində təşkil olunmuş görüşdə KOBİA və KOSGEB-in iştirakı ilə birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.