Köçəryan və ailə üzvlərinin əmlaklarına həbs qoyuldu

18:32 14.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə Baş Prokurorluğun Qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi üzrə idarənin ərizəsi əsasında ölkənin ikinci terrorçu eks-prezidentinə qarşı iddianın ilkin təmin edilməsi tədbirləri tətbiq edilib.

Qərarda Robert Köçəryan və onunla qohumluq əlaqəsi olan 7 nəfərin (ailə üzvləri: arvad, uşaqlar, onların həyat yoldaşları) əmlaklarına həbs qoyulduğu bildirilir.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

“Tədqiqatın ilkin nəticələrinə görə, aşağıdakılar qanunsuz hesab edilib və müsadirə oluna bilər:

20 ədəd daşınmaz əmlak, əsasən İrəvanın Kentron inzibati rayonunda yerləşən binalarda.

2 nəqliyyat vasitəsi

18 erməni və xarici hüquqi şəxsdəki şərik payı;

1,5 milyon ABŞ dollarından çox depozitlər və qiymətli kağızlar;

Fiziki və hüquqi şəxslərə verilən təxminən 10 milyard (24,7 milyon ABŞ dolları) kreditlər;

Təxminən 22 milyard dram (təxm. 54,3 milyon dollar) - qeyri-qanuni mənşəli vəsaitlərin, vicdanlı üçüncü şəxslərə ötürülmüş vəsaitlərin və müəyyən edilməyən digər xərclənmiş vəsaitlərin cəmi”.

Siyasət rubrikasından digər xəbərlər