“Universitetlərdə təhsil alan tələbələrin hərbi xidmətə çağırış zamanı möhlət hüququ tanınır, kolleç tələbələri üçün isə bu hüquq tanınmır. Seçicilərin istəyi odur ki, kolleclərdə təhsil alan tələbələrin də hərbi xidmətə çağırılması ilə bağlı güzəştlər olsun”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Naqif Həmzəyev bildirib. O qeyd edib ki, bu güzəştlər tələbələrin təhsili və gələcək koryerasının inkişafında müsbət rol ala bilər.
Deputat eyni zamanda quru sərhədlərin bağlanması ilə bağlı məsələlərə diqqət çəkib. Qeyd edib ki, Azərbaycan vətəndaşları üçün Gürcüstanla sərhədlərin açılması bu kimi sualların qarşısını alar və vətəndaşlarımızın öz evlərinə, qohumlarına gediş-gəlişi üçün rahatlıq gətirər.
N.Həmzəyev son vaxtlar turizm şirkətlərindən vətəndaşlara ünvanlanan SMS-lərə toxunub. Bildirib ki, yay aylarında istirahət yerləri ilə bağlı elə fantastik qiymətlərlə təkliflər edilir ki, insanları qıcıqlandırır.
“Turizmlə bağlı aidiyyatı qurumlar qiymətlərə diqqət yetirsələr yaxşı olar”-deyə deputat bildirib.