Kolumbiya səfiri Bakıda qəhvə qovurma şirkətlərinə baş çəkib

11:35 24.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Kolumbiya qəhvəsinin idxalı, qovurması və satışı ilə məşğul olan bir neçə Azərbaycan şirkətlərini ziyarət edib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, həmin şirkətlərin rəhbərləri ilə söhbət zamanı Azərbaycanın qəhvə bazarının vəziyyəti və Kolumbiya qəhvəsinin idxalı perspektivləri ilə bağlı qiymətləndirmə aparılıb. Sevindirici haldır ki, pandemiyaya baxmayaraq, Azərbaycanda qəhvə bazarı və mədəniyyəti inkişaf etməkdə davam edir ki, bu da dünyada ən yaxşı yumşaq qəhvə kimi tanınan Kolumbiya qəhvə dənələrin idxalının daha da inkişafına şərait yaradır.

Kolumbiya ilk növbədə qəhvə ölkəsidir. Kolumbiya kofesi 20-ci əsrin böyük bir hissəsində ölkən iqtisadiyyatının əsasını təşkil edən və mədəniyyətini, xalqının əməkdaşlıq və dəstək ruhunu vurğulayan məhsuldur.

Kolumbiya dünyanın ən yaxşı yumşaq qəhvə istehsal edir, xüsusilə də öz mükəmməl arabikasını. Aydın turşu, meyvə, limon və şokoladlı notlarla yumşaq və tarazlaşdırılmış dada malik yüksək keyfiyyətli qəhvə.

Kolumbiya qəhvə istehsalına görə dünyada üçüncü yerdədir. 2020-ci ildə Kolumbiya 2,5 milyard dollar dəyərində qəhvə ixrac edib.

2007-ci ildə Kolumbiya qəhvəsi qorunan məhsul statusu almışdır və 2011-ci ildə YUNESKO Kolumbiya qəhvəsinin ənənəvi olaraq yetişdirildiyi Kofe Zonasını Ümumdünya İrsi Saytı elan edib.