“Hazırda dəqiq olmasa da, konsulluğun harada və necə açılacağı bilinmir, ancaq Rusiyanın belə bir təşəbbüsü var. Xarici işlər nazirlərimiz bununla bağlı görüşüb-danışırlar”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Rusiyanın tezliklə KKTC-də konsulluq açacağına dair yayılan xəbərlərə münasibətini şərh edərkən deyib.
"Bu, iki fərqli xalq, iki ayrı dövlətdir və açıq-aydın burada çox sayda rus yaşayır. Xüsusilə də Ukrayna müharibəsindən sonra gələnlər olub. Bilirik ki, onların tələblərini yerinə yetirmək cəhdləri var. Konsulluğun xidmət göstərməsi müsbət olacaq düşünürük. Cənubi Kiprlə Rusiyanın yaxşı münasibətləri var, ikisi də pravoslav inancına malikdir. Şimali Kiprdən bir az məsafə saxladılar, ancaq Türkiyənin Rusiya ilə əlaqələri bu məsələyə öz təsirini göstərməkdədir. Hələ bizi tanımırlar, amma sahəyə baxanda 2 ayrı nüans görünər. Bunlar iki ayrı millət və dövlətdir. Kiprdə siyasi həll olacaqsa, bu iki ayrı suveren dövlətlə olacaq. İndi hamı bilir ki, Kiprdə iki ölkə var”, - o, əlavə edib.
Bu arada, TRT-nin mövzu ilə bağlı xəbərində KKTC-də təxminən 50 min Rusiya vətəndaşının yaşadığı bildirilib.
KKTC Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlu TRT News-a verdiyi açıqlamasında, "Bu məsələ bir ildir ortadadır. Rusiya KKTC-də yaşayan vətəndaşları üçün ofis açmaq və konsulluq xidməti göstərmək istəyir. Bu ofis olaraq danışılır. Bu, Rusiyanın KKTC-ni tanıması anlamına gəlmir" deyib.