Koronavirus pandemiyası dövründə sahibkarlara göstərdiyiniz dəstək sayəsində əziyyətimiz hədər getmədi- Cəlilabad sakinlərindən Prezidentə məktub

18:53 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərdiyiniz qayğı nəticəsində güzəranımız ildən-ilə yaxşılaşır.

Yaşadığımız Alar kəndinin sakinləri digər sahələrlə yanaşı, kartofçuluqla da məşğuldurlar. İstehsal etdiyimiz məhsulu əsasən Rusiyaya ixrac edirik. Bu il pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həm sahələrin suvarılmasında, həm də məhsulun satılmasında heç bir problemlə üzləşməmişik. Buna səbəb Sizin diqqət və qayğınızdır. Vaxtında bol suyun verilməsi sayəsində bol faraş məhsul yetişdirdik və Rusiya maşınlarının ölkəmizə buraxılması ilə məhsulumuzu xarici bazara çıxarıb sata bildik. Həm məhsulumuz itkiyə getmədi, həm də güzəranımız yaxşılaşır.

Həmçinin qeyd etmək istəyirik ki, koronavirus pandemiyası dövründə sahibkarlara göstərdiyiniz dəstək sayəsində əziyyətimiz hədər getmədi.

Bütün bunlara görə kəndimizin bütün əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi xalqımıza çox görməsin.

Hörmətlə,

Əliyev Dövlət Millət oğlu, şəhid atası

Əskərov Vasif Xanverdi oğlu

Hüseynov Hüseynağa Tavar oğlu

Əliyev Cəlal İslam oğlu

Əsgərov Vaqif İzzət oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi.