Taylandda təxminən bir ildir aparılan elmi araşdırmalar nəticəsində Covid-19-un ilk dəfə pişikdən insana keçdiyi müəyyən edilib.
Hafta.az bildirir ki, Taylandda təxminən bir ildir aparılan elmi araşdırmalar nəticəsində Covid-19-un ilk dəfə pişikdən insana keçdiyi müəyyən edilib. Banqkokdakı Songkla Universiteti tərəfindən aparılan araşdırma nəticəsində, keçən il Covid-19 olan 32 yaşlı baytarın, çox güman ki, Covid-19 olan bir pişikdən virusa yoluxduğu müəyyən edilib. Həmin vaxt pişikonun üzünə asqırıb.
Araşdırmalar çərçivəsində baytardan götürülmüş virus gen nümunələri və xəstəlikdən 5 gün əvvəl müalicə etdiyi və müalicə zamanı üzünə asqırdığı pişiyin virus gen nümunələri yüksək oxşarlıq göstərib. Müalicəsi üçün bəlğəm nümunəsi götürülərkən sahiblərindən virusa yoluxan pişiyin asqırdıqdan sonra onu baytar həkiminə ötürdüyü müəyyən edilib.
Bildirilib ki, baytar pişiyə tətbiq etdiyi müalicə zamanı yalnız maska taxıb.
Elm adamları son illərdə aparılan araşdırmalar nəticəsində pişik, it, siçan, ferret, yarasa, hamster, mink, donuz, dovşan, tülkü kimi bir çox məməlilərin Covid-19 virusunun daşıyıcısı ola biləcəyini bildiriblər. Keçən il ABŞ-dakı Amerika Sağlamlıq Təşkilatı tərəfindən ev heyvanları pişik və itlərin Covid-19 virusunun daşıyıcısı ola biləcəyi və heyvanları üçün də şəxsi məsafə qaydalarına riayət etmələri barədə bəyanat verilmişdi.