Koronavirus testi ödənişli ola bilərmi?- RƏY

11:47 06.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

TƏBİB Azərbaycanda koronavirusla bağlı aparılan testlərlə bağlı statistik göstəriciləri açıqlayıb.

Belə ki, məlumatda qeyd edilir ki,  Azərbaycanda koronavirusla bağlı 5 335 test edilib. Ümümilikdə ölkə ərazisində indiyə qədər 157 932 test aparılıb.

Dünyada ödənişli, fərdi qaydada koronavirusun test edilməsi mümkündür. Səhhətindən əmin olmaq istəyən şəxslər müraciət edib ödəniş əsasında test oluna bilirlər. Bəs Azərbaycandan bu praktika tətbiq oluna bilərmi?

Tibb eksperti, professor Adil Qeybulla hafta.az-a bu barədə danışarkən dedi ki, bu mümkündür, ola bilər: "Əgər özəl sektorlara müraciət olunsa, ödənişlərlə test edəcəklər. Ödənişli olması o deməkdir ki, dövlət özəl sektorlara icazə verməlidir. Hələ ki, Azərbaycanda bu praktika tətbiq olunmayıb".