Koronavirusun uşaqlar üçün daha bir TƏHLÜKƏSİ - ORQAN ÇATIŞMAZLIĞI

19:58 19.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son dövrlərdə koronavirusun yeni ştammlarının uşaqlar arasında da sürətlə yayılması, hətta ölümə belə yol açdığının şahidi oluruq. Artıq məktəblər açılıb əyani təhsil bərpa olunduqdan sonra 2 məktəbli koronavirusdan dünyasını dəyişib.

Xəstəliyin uşaqlar üçün təhlükəsi tək bununla da yekunlaşmır.

Hafta.az-ın məlumatına görə, Türkiyənin Cərrahpaşa Tibb Fakültəsi Uşaq Revmatoloji mütəxəssisi Dos. Dr. Kənan Barut bildirib ki, koronavirusa yoluxan uşaqlarda sonradan "çox sistemli iltihab sindromu" (MIS-C) müşahidə oluna bilər. MIS-C xəstəliyi də uşaqlarda qızdırma, döküntü və orqan çatışmazlığı simptomları ilə özünü göstərir.

Onun sözlərinə görə, koronavirusdan sonra xüsusilə uşaqlarda MIS-C adlı bir vəziyyət meydana gəlir: "MIS-C əvvəlcə İngiltərədə, daha sonra pandemiyanın 6-cı ayından etibarən digər Avropa ölkələrində görünməyə başladı".

Koronavirusun ayrı-ayrı ölkələrdə yayılmasından 1 ay sonra uşaqlarda MIS-C-nin artdığını müşahidə etdiklərini ifadə edən Barut deyib:

"Türkiyədəki bütün xəstəxanalardan şiddətli orqan çatışmazlığı və qızartı olan qızdırmalı uşaqların olduğu xəbər verildi. Ehtiyat tədbirləri var. 12 yaşdan yuxarı uşaqlar üçün peyvəndlərimiz var. Maska istifadəsinə diqqət yetirərək koronavirus epidemiyasını azaltmaq imkanımız var. Bunlara diqqət etsək uşaqlarımız bu xəstəlikdən təsirlənməyəcək, ciddi problem olmayacaq. Belə xəstələr gələndə onları müalicə edirik. Faiz aşağı olsa da biz də də ölən uşaqları var. Yarısını reanimasiyada izləyirik. Reanimasiyada ağır müalicə alırlar. Kortizon, antibiotiklər, qan sulandırıcılar alırlar. Bunlarla yanaşı tənəffüs dəstəyi verdiyimiz uşaqlarımız da var. Qanını dəyişdiyimiz uşaqlarımız var. Bu xəstəlik çox ciddi şəkildə davam edir. Bu səbəbdən uşaqlarımızı bu xəstəlikdən qorumalıyıq. Təbii ki, peyvəndi bütün cəmiyyətə yaymalıyıq. "

Oxunma sayı 912