Körpələrə çiyələk verməyin: Bağırsaqlarda qanaxma yarada bilər!

07:45 26.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qidalanma mütəxəssislərinin fikrincə, çiyələyin həddindən artıq istehlakı ishal, qarın ağrısı, nadir hallarda isə bağırsaq qanaxmalarına səbəb ola bilər, xüsusən də bağırsaqları həssas uşaqlarda.

Hafta.az-ın yazdığına görə, mütəxəssislər bu riskin sağlam uşaqlarda az olduğunu, lakin tibbi baxımdan müəyyən problemli uşaqlarda riskin arta biləcəyini bildirirlər.

Uşaq qastroenteroloqları valideynləri, xüsusən nəcisdə qan, şiddətli qarın ağrısı və ya davamlı ishal hiss etdikdə dərhal həkimə müraciət etməyə çağırır.

Tövsiyə: Uşaqlara çiyələk verərkən, miqdarına diqqət yetirin, gündəlik porsiyaları məhdudlaşdırın və yeni yeməyə başlayan uşaqlar üçün kiçik sınaqlar keçirin.