Kosovoda siyasi böhran: Prezident parlamenti buraxdı

16:03 20.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kosovodakı hökumət böhranından sonra bir sıra etimad səsvermələri ölkəni yeni bir dövrə qədəm qoydu. Prezident Vjosa Osmani iki baş nazir namizədinin yaratdığı hökumətlərin parlament dəstəyini ala bilməməsindən sonra Məclisi buraxmaq haqda fərmanı imzaladı. Bununla da rəsmi olaraq parlamentin buraxıldığı və ölkədə erkən seçkilərin başladığı elan edildi.

Hafta.az-ın yazdığına görə, Osmaninin parlamenti buraxmaq qərarı siyasi partiya liderləri ilə görüşdən sonra verildi.

9 fevral ümumi seçkilərinin qalibi olan Öz Müqəddəratını Təyinetmə Hərəkatının (Vetevendosje) lideri Albin Kurti tərəfindən Parlamentə təqdim edilən hökumətin 26 oktyabrda etimad səsverməsi almamasından sonra Kosovo prezidenti Osmani eyni partiyanın üzvü Qlauk Konjufcaya hökumət qurmaq səlahiyyətini vermişdi.

Konjufca hökuməti də 19 noyabrda etimad səsverməsi almadı.

Osmaninin dekabrın sonunda, qısa müddət sonra keçirilməsi gözlənilən erkən ümumi seçkilərin tarixini açıqlayacağı gözlənilir. Kosovoda 9 fevral seçkilərinin rəsmi nəticələrinə görə, Vetévendosje 120 yerlik Parlamentdə 100 yerdən 48-ni, 24-ü Kosovo Demokratik Partiyası (PDK), 20-si Kosovo Demokratik Liqası (LDK) və 8-i Kosovonun Gələcəyi Naminə Alyans (AAK)/NISMA-nı qazanıb. Parlamentdə qalan 20 yer məhdud çoxluğa malik icmalar üçün ayrılıb.

15 apreldə başlayan Parlamentin formalaşma prosesi, spiker və vitse-spiker seçkiləri ilə bağlı partiyalar arasında fikir ayrılıqları səbəbindən təxirə salınıb. Serb icması üçün ayrılmış vitse-spiker seçkilərinin 10 oktyabrda başa çatması yeni hökumətin formalaşdırılması prosesinin başlamasına yol açıb.

2021-ci ildə Baş nazir seçilən Kurti, yeni hökumət hələ formalaşmadığı üçün səlahiyyət müddətinin bitməsinə baxmayaraq vəzifəsində qalır.